.

.

Şərəfli ömür yolu


Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra respublikada daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.
Belə bir gərgin şəraitdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların komandanlığının 27 nöyabr 1991-ci il tarixli 0209 nömrəli əmri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına ezamiyyətə göndərilmiş general-mayor Rafiq Ağayev 16 yanvar 1992-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 5-ci diviziyasının komandiri təyin olunur. Bundan sonra o, Azərbaycan Respublikası Prezidentinin 31 mart 1993-cü il tarixli 660 nımrəli Fərmanı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların komandanı - Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini təyin olunur.
Rafiq Ağayev Daxili qoşunların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, təşkilati tədbirlərin görülməsi üçün mühüm işlər görmüşdür. Daxili qoşunların döyüş və səfərbərlik hazırlığının saxlanılması və həvalə olunmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvəsini sərf etmişdir.
Rafiq Ağayein mənalı ömür yolu vardır. O, 6 iyun 1950-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonu Novoqolovka kəndində anadan olub. SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında komandir vzvoddan komandir diviziyaya qədər şərəfli hərbi yol keçib.
Qırmızı Ulduz ordeni və Rusiya hökumətinin 19 müxtəlif hökumət təltiflərinə layiq görülüb. Adı SSRİ Daxili Qoşunların Fəxri Kİtabına salınıb. 2007-ci ildə Udmurtiya Respublikası rəhbərliyinin qərarı ilə “İlin adamı” elan edilib. Dörd övlad atasıdır.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ölkəmizdə Daxili Qoşunların formalaşmasında əməyi olan Rafiq Ağayev üçün çox əzizdir.
Daxili qoşunlardan söz düşəndə Rafiq Ağayev ümummilli liderimiz Heydər Əliyevin bu müdrik fikirlərini daim xatırladır: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu olsun. Gərək bizim Silahlı Qüvvələrimizdə Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun. Azərbaycanın güclü ordusu bu gün də, sabah da, yüz il bundan sonra da lazımdır. Bunun üçün planlı iş aparılmalı, peşəkar münasibət göstərilməlidir”.
Daxili Qoşunları Günü münasibəti ilə qəlbi daim Vətənlə döyünən general-mayor Rafiq Ağayevi ürəkdən təbrik edir, ona və ailəsinə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram!

Ədalət Abdinov









 

Отправить комментарий

0 Комментарии