.

.

Solmaz Sadıqova - bütöv şəxsiyyət, qüdrətli alim və məharətli pedaqoq

5 noyabr tarixi doğma Azərbaycanımızın vətənpərvər qızı, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqovanın ad günüdür. Onun ad günü təkcə ailəsi üçün deyil, hər bir tələbəsi, hər bir həqiqi dostu, əqidə yoldaşı üçün əlamətdardır. Torpaqlarımızin düşmən işğalından azad edildiyi bu günlərin xoş ovqatı doğum gününü qeyd edən hər kəs üçün, o cümlədən Solmaz xanım üçün ən layiqli hədiyyədir. Şərəfli tarix yazan rəşadətli Azərbaycan əsgəri, onun Ali Baş Komandanı zəfər çalır!

Doğum günü doğma Qarabağımızın işğaldan azad olunduğu və ölkəmizin ərazi bütövlüyü təmin olduğu tarixi hadisələrlə eyni vaxta təsadüf etdiyi dəyərli Solmaz xanıma ən səmimi təbriklərimi yetirirəm. Fəaliyyətində uzun ömür, möhkəm cansağlığ, yeni-yeni uğurlar, rifah, firavanlıq, ailə xoşbəxtliyi, əmin-amanlıq və bütün təşəbbüslərinin həyata keçməsini arzu edirəm.

Solmaz Sadıqova Azərbaycan elminin flaqmanı olan Bakı Dövlət Universitetində "Bibliorafiyaşünaslıq”; “Sosial-siyasi informasiya resursları” Azərbaycan və ingilis bölmələrində; “Xarici biblioqrafiya”; “Milli ideologiyanın biblioqrafiyası” (magistratura pilləsində) “Humanitar elmlərin biblioqrafiyası” (magistratura pilləsində) “Sənədşünaslıq” “Kitabxanada biblioqrafiya işinin təşkili metodikası” fənlərini müvəffəqiyyətlə tədris edir.

Nüfuzlu alim Solmaz Sadıqova 130 əsərin - 1 qrant qalibi, 23 kitab, 9 fənn proqramı, 3 metodik-biblioqrafik tövsiyə, 19 tezisin və 76 məqalənin (o cümlədən 4 məqalə xaricdə çap olunub), 2 dərs vəsaitinin müəllifidir. 3 məqaləsi, 1 proqram və 1 dərs vəsaiti ingilis dilində çap olunmuşdur. Bir sıra biblioqrafik əsərlərin o cümlədən Ümummilli Liderimiz Heydər Əliyevə həsr edilmiş 3 dildə çap olunmuş biblioqrafik məlumat kitabının həmmüəllifidir.

Bir daha əziz tələbə yoldaşım Solmaz xanıma hərarətli təbriklərimi yetirməklə nikbinlik və xoş ovqat, səmimi qəlbdən qarşıya qoyduğu məqsədlərə nail olmağı, bütün planlarının müvəffəqiyyətlə həyata keçməsini arzulayıram!

Qoy, etibarlı dostları həmişə yanında olsun, doğmalarının və yaxınlarının sevgisi və dəstəyi müvəffəqiyyətlər qazanmaq üçün ona güc versin.

Qoy, ömrünün hər günü onu xoş müjdələrlə sevindirsin, bütün arzuları çin olsun.

Həyatda tükənməz enerji və nikbinlik diləyi ilə məmləkətimizin ən təmiz, dürüst, vicdanlı, əqidəli ziyalısı olan Solmaz xanımı bir daha ürəkdən ürəkdən təbrik edirəm.

Qoy onun güc mənbəyi olan doğma tələbələrinin sevgisi və inamı gələcək uğurlarının rəhni olsun!

Ədalət Abdinov






















Отправить комментарий

0 Комментарии