Birinci yazı
Azərbaycanda
5-ci kolonun yaradılma strategiyası
Birinci hesabat
Qırğızıstanda dövlət çevrilişini Əli Həsənov və Qurban Məmmədov ilə kim birləşdirir? 2014 və 2015-ci illərin izi ilə…
Bir necə gün öncə baş vermiş keçmiş Baş Prokuror,
hazırda Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfir
olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olur.
Proloq
7 aprel 2010-cu ildə Qırğızıstanda Bakiyev hakimiyyəti devriləndə bu ailəyə
yaxın bir çox insan, o cümlədən Prezidentin oğlu Maksim Bakiyevin çevrəsi də
həbs edildi. Qırğızıstanda olan qızıl mədənləri çoxlarının, o cümlədən
ingilislərin və rusların gözünü qamaşdırırdı. Bu baxımdan geosiyasi maraqlar,
geoiqtisadi istəklər ilə üst-üstə gəlirdi.
Maksim Bakiyev atasının Prezident olduğu dövrdə
Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin
rəhbəri idi. Bu vəzifədə Maksim 1 il işlədi. Amma buna baxmayaraq, Rusiya mətbuatına
istinadən Maksim Bakiyev yalnız 1 il ərzində rəhbərlik etdiyi qurum vasitəsilə
44 mln. ABŞ dolları mənimsəmişdir, daha doğrusu “yumuşdur”.
2010-cu ildə Qırğızstandan qaçarkən Maksim Bakiyev
atası ilə Belarusa, ordan isə birbaşa özəl təyyarə ilə Böyük Britaniyaya
yollanır. Orada onu qarşılayırlar və … siyasi qaçqın statusu təqdim edirlər. Ən
maraqlısı o idi ki, sonrakı dövrlərdə Böyük Britaniyada Maksim Bakiyevin
Qırğızıstana təslim edilməsi haqda ən çox canfəşanlıq edən ABŞ siyasi və dövlət
dairələri idi [1]. Məhz onlar Bakiyevin ekstradisiya məsələsinə baxılmasını
israr edirdilər.
Həmin dövrün mətbuatını təhlil etsək görərik ki, Maksim Bakiyev ətrafında olan bütün məsələlər bilavasitə Almaniya, Rusiya, Böyük Britaniya, Qırğızıstan, ABŞ və … Azərbaycan mətbuatında geniş yer alırdı… Maksim Bakiyevi sudan quru çıxarmaq cəhdləri Azərbaycanın bəzi media resurslarında hər gün işıqlandırlırdı və Google axtarış sistemi sübut edir ki, Azərbaycan media resursları Maksim Bakiyevin və onun ətrafının “təmizlənməsində” önəmli yer tuturdu.
Sual yaranır…
Niyə Azərbaycan mətbuatı qaçqın Qırğızıstan Prezidentinə, ələlxüsus onun oğluna bu gədər yer ayırırdı?
“Roza” əməliyyatı
1997-ci ildə Qırğızıstan Xarici İşlər naziri Roza Ottunbayeva Əsgər Akayevin
hakimiyyətindən narazılığını bildirsədə Böyük Britaniyaya səfir vəzifəsinə
təyin edilir. 2002-ci ilədək BMT-nin Gürcüstan və Abxaziyada münaqişələrinin
həlli üzrə xüsusi müşavirinin müavini təyin edilsə də Böyük Britaniyada
yaradılmış əlaqələr ona uzun illər xidmət edəcək. 2004-cü ildə Roza Ottunbayeva
Qırğızıstana dönür və müxalif partiyada iştirak ilə fəal siyasətə atılır.
2005-ci ilin martında Əsgər Akayev hakimiyyətdən
devrildikdən sonra Kurmanbek Bakiyev ölkə rəhbərliyən gəldikdən sonra
Ottunbayeva yenidən xarici işlər naziri vəzifəsini icra etməyə başladı. Lakin
Bakiyev ilə yaranmış qeyri-səmimi münasibətlər nəticəsində Parlament onun
namizədliyini nazir vəzifəsinə təsdiq etmir və xanım siyasətçı parlamentdə
özünə yer tutmaqla kifayətlənir.
Bütün bu dövr ərzində Böyük Britaniyada yaradılmış iş birliyi və geniş əlaqələr onu hər zaman qoruyur və sığortalayır.
“Yevgeniy…Bond”
2005-ci ildə Rusiya Diplomatik Akademiyasının birinci kursundan xaric edilən
Maksim Bakiyev əcnəbi ölkələrə səfər etməyə başlayır. Atasının Prezident
vəzifəsində olmasından istifadə edərək, 28 yaşlı gənc özünü beynəlxalq
məsləhətçi, strateji planlaşdırma üzrə ekspert, geoiqtisadiyyat, marketinq,
logistika, keyfiyyət üzrə mütəxəssis və s. kimi təqdim edir. Bu zaman Maksim
Bakiyev Rusiya əsilli 1990-ci illərdən ABŞ vətəndaşı olan Yevgeniy Qureviç ilə
tanış olur.
2001-2007-ci illərdə Qureviç ABŞ-ın Virage Consulting
Ltd. şirkətinin rəhbəri (idarəetmə konsaltinqi ilə məşğul olurdu), 2006-2009-cü
illərdə Asiya Universal Bankının direktoru vəzifəsində çalışmışdır. Eyni
zamanda Qureviç Afrika İnvestisiya Bankının baş vitse-prezidenti, Nyu-York
xedj-fondu olan Gamma Square Partners-ın icraçı direktoru və “proqram
təminatını hazırlayan offşor şirkəti” olan GSN Tech LLC.-nin direktoru
vəzifələrində çalışırdı.
Bu qədər vəzifələri icra etmək həqiqətən də böyük əlaqələr və yaxud sadəcə yaxşı kamuflyaj tələb edirdi…
Yevgeniy Qureviç MGN Group şirkəti yaradır və tezliklə müəyyən xüsusi xidmətlərin və dairələrin nəzarətinə düşür. Həmin şirkətin rəhbəri olaraq Qureviçin adı
italyan mafiyası və bir sıra başqa korrupsiya skandallarında keçir. 2010-cu
ildə İtaliya mətbuatının yazdığına görə Yevgeniy Qureviçin komandası Fastweb və
Telecom Italia Sparkle arasında olan sazişdən pulların “yuyulması” üçün
kalabriya mafiyasının köməyindən istifadə edərək 2 mlrd avro vəsait ofşor
hesablara çıxarmışlar. Bununla bağlı olaraq İtaliya prokurorluğu 56 nəfərin
həbsi ilə bağlı İtaliya Senatına mürəciət etmişdir. Qureviç həmin siyahıda idi.
İtaliya hakimi Morcini yazırdı ki, Qureviç İsveçrədə və digər ölkələrdə əlaqələrindən istifadə edərək pulların yuyulması üzrə tanınmış mütəxəssisdir.
Qırğızstanda olan hərc-mərclik Qureviçi və onunla bir necə nəfəri tezliklə həmin ölkəyə gəlməyə “vadar” edir. Qureviç öz köməkçisi, Azərbaycan əsilli
Britaniya vətəndaşı Vüqar Xəlilov ilə Bişkekə gəlirlər və burada Vüqar Xəlilov
Flexi Communications adlı şirkət qurur. Şirkətin əsas məqsədi Maksim Bakiyevin
PR-ı ilə məşğul olmaq, yeni Qırğızıstan hakimiyyətini Qərbdə təmsil etmək olur.
Əslində isə Qureviç və onun əməkdaşları sadəcə “pulların yuyulması” ilə məşğul
idilər .
Vüqar Xəlilovun Yevgeniy Qureviçin rəsmi təmsilçisi olmasını Rusiyanın Vedomosti qəzeti də təsdiqləyir. Qureviç isə özü
təsdiq edir ki, “Mən Maksim Bakiyevin komandasının üzvü idim, və bəzi sxemləri
bilirdim və onlarda iştirak edirdim”.
2009-cu ildə Maksim Bakiyev Yevgeniy Qureviçin təklifi
ilə Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin
yaradılması təkilifini atasına təqdim edir. Kurmanbek Bakiyev təklifi bəyənir
və oğlunu quruma rəhbər təyin edir.
Maksim Bakiyevin ilk qərarlarından biri Qırğızıstanın İnkişaf, Sərmayə və İnnovasiyalar üzrə Mərkəzi Agentliyinin aktivlərinin idarə edilməsini MGN Group-a, yəni Yevgeniy Qureviçə və Vügar Xəlilova həvalə olunması olur.
“Vüqarlı” oğlan
Maksim Bakiyevin yanına əslən Azərbaycandan olan Britaniya vətəndaşı, həmin
dövr üçün jurnalist Sevinc Osmanqızının qaynı olan Vüqar Xəlilov
yerləşdirilmişdi. Qısa müddət ərzində Maksim Bakiyevin yaxın adamına çevrilən
Vüqar Xəlilov çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 2010-ci ilin
aprel ayının 12-də həbs edilir. İlkin məlumata əsasən Bakiyev bir neçə
əməliyyatdan 43.5 mln. dollar vəsaiti yumağa müvəffəq olur.
Həmin dövrdə Vüqar Xəlilovun qardaşı Elçin Xəlilov
Londonda BBC Telekanalında işləyirdi. Qardaşının həbs edildiyini görən Elçin
Xəlilov dərhal qardaşının azad olunmağı məqsədi ilə danışıqlara başlayır. 1-ci
istiqamət təbii ki, Britaniya müvafiq orqanları idi (burada “kəşfiyyat” sözünü
bilərəkdən işlətmirik). İkinci istiqamət isə o dövr Azərbaycanda Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri olan Əli Həsənov idi.
Xəlilovlar qardaşlarının Əli Həsənov ilə bir kənddən olduğunu nəzərə alaraq,
qohumluq əlaqələrini istisna edə bilmərik.
Elçin Xəlilovla Əli Həsənov arasında danışıqdan sonra
Həsənov dərhal Vüqar Xəlilovun azad olunması ilə bağlı Azərbaycanın
Qırğızıstandakı səfirliyi ilə danışır və Rusiya ilə bu istiqamətdə danışıqlar
aparır. Qeyd edək ki, Əli Həsənov Rusiya Federasiyasının bir sıra medalları ilə
təltif edilmiş insandır. Bu baxımdan, onun Rusiyada xüsusi əlaqələrinin olması
təbii haldır. Beləliklə, Xəlilov qardaşlarının gələcəkdə bütün maraqlı
tərəflərə işləyəcəyi barədə razılığa gəlinir və həbsindən cəmi 6 ay sonra
(2010-cu ilin avqust ayının 6-da) Vüqar Xəlilov azad edilir və xüsusi təyyarə
ilə Britaniya xüsusi xidmət orqanlarının müşayiəti altında Londona çatdırılır.
Vügar Xəlilovun azad edilməsi bir çox müəmmalı
sualları ortaya qoyur. Birincisi, necə olur ki, Yevgeniy Qureviç Qırğızıstan
məhkəməsinin qərarı ilə axtarışa verilir, hətta ona qiyabi olaraq hökm verilir.
Vügar Xəlilov isə onun yaxın adamı olaraq, onun adından çıxış etdiyi halda [8],
bütün proseslərdən hər zaman xəbəri olan adam kimi azadlığa buraxılır?
İkincisi, Qırğızıstanda inqilabi proseslər müxtəlif dövlətlərin siyasi
maraqlarının toqquşduğu anda baş verdi. Bu baxımdan, belə proseslər zamanı həbs
edilən şəxslər sadəcə bir necə ay sonra azadlığa buraxılırlarsa, o zaman bu
ortada hər hansı bir sövdələşmənin olmasından xəbər verir.
Burda bir haşiyəyə çıxaq.
Jamestown Fondunun analitiki İqor Rotar hesab edir ki, “Bakiyevi sadəcə Qureviç
təslim etdi və ABŞ buna reaksiya verməli idi”. Lakin, Jamestown Fondunun
analitikinin sözlərinə görə, “nəzəri olaraq Manasla (söhbət Manas aeroportundan
gedir) bağlı sövdələşmə də mümkündür. Romada (İtaliya) Maksimin adı qaçılmaz
olaraq orada ortaya çıxacaq”, – İqor Rotar DW-yə verdiyi müsahibədə belə
söyləmişdi. Cünki ABŞ Manas aeroportunu Tranzit Mərkəzindən istifadənin, o
cümlədən Əfqanıstandan qoşunların çıxarılmasından sonra da perspektivin
qorunmasına böyük əhəmiyyət verirdi. [9]. Bakiyev isə burada ikili oyun oynadı
və nəticədə həm
Rusiyanı, həm də ABŞ-ı razı salaraq sadəcə varlanmağa davam etmək istədi. Bütün bu oyunların içində sözsüz Yevgeniy
Qureviç və onun komandası var idi.
Beləliklə…
Çirkli pulların yuyulmasında ittiham edilən şəxsin, hər iki Boss’unun (Maksim
Bakiyev və Yevgeniy Qureviç) qaçdığı anda Vüqar Xəlilovun həbsdən azad edilməsi
geosiyasi danışıqlıqların nəticəsi idi.
Beləliklə, Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı
olaraq Qırğızıstanda həbs edilir. Kurmanbek Bakiyevin devrilməsində Rusiya
xüsusi xidmət orqanlarının rolu az deyildi. Cünki, Maksim Bakiyev öz biznes
tərəfdaşı olan Yevgeniy Qureviç [10] ilə Manas aeroportunun rəhbərliyində
təmsil olunduğu zaman böyük qonşuların geosiyasi maraqlarına zidd addımlar
atmışdır. Qırğızstandan qaçandan sonra Qureviç dələduzluğa görə Alabama
ştatının (ABŞ) Montgomery şəhərində həbs edilir və yalnız 2018-ci ildə həbsdən
buraxılır [11].
Burada Roza Ottunbayevanın uzun illər Böyük
Britaniyada çalışdığını və Kurmanbek Bakiyev Bişkekdən Minskə qaçdığı zaman
yenidən Ottunbayevanın hakimiyyətə gəldiyini yada salmaq yerinə düşər. Cünki,
məhz Britaniyada böyük əlaqələrə malik olan Ottunbayevanın Bişkeknin Pervomay
məhkəməsinin sədrinə zəngindən sonra Vügar Xəlilovun məhkəmə zalından
buraxılması təmin olunur və Vügar dərhal özəl təyyarə ilə Böyük Britaniyaya
çıxarılır. Ordan isə Bakıya gəlir.
Vüqar Xəlilovun ilk işi Qırğızıstandakı çevrilişdən
sonra Britaniyalıların risk altında olan Qızıl mədənlərini dəyərindən çox
yüksək qiymətə Azərbaycana satmaq cəhdi olur. Bununla bağlı olaraq Vüqar
Xəlilov Əli Həsənov və Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə birgə
biznes planlar qurmağa başlayırlar. Bununla yanaşı, bir necə dəfə Londona səfər
edən Vüqar Xəlilov, orada bir sıra görüşlər keçirərək, Azərbaycanda baş verən
ictimai-siyasi proseslər haqda Böyük Britaniyanın müvafiq qurumlarını
məlumatlandırır. Bu məlumatların hansı xarakter daşıdığı haqda gələcək
yazılarımızda.
Eldar Həsənovun bir necə gün öncə baş vermiş həbsi bir
çox mətləblərə işıq salır. Aydın olur ki, Eldar Həsənov vasitəsilə Bakıdakı
bəzi insanlar Avropada məskunlaşmış müxalifətçilər ilə əlaqələr qurur, onlara
tapşırıqlar ötürür və maliyyə imkanlarını əsirgəmirdilər. Bütün bu proseslərin
içində ictimai-siyasi işlərlə məşğul olan insanın yer almaması şübhə doğurardı.
Çox güman ki, yaxın günlərdə YouTube və sosial şəbəkələrdə Avropada
məskunlaşmış müxalifətçilərin Eldar Həsənovun həbsinə yönəlik ehtiraslı
çıxışlarını, müdafiə xarakterli video görüntülərini seyr edəcəyik. Bütün bunlar
peşakarcasına Bakıdan hazırlanan tezislər əsasında həyata keçirələcək. Və
tezislərin başında kimin durması artıq aydınlaşır…
2014 və 2015-ci illərdə Vüqar Xəlilov öz qardaşı Azər
Xəlilovu və Azər Xəlilovun həyat yoldaşı jurnalist Sevinc Osmanqızını oyuna
daxil edir. Ən maraqlısı odur ki, ABŞ-a köçməzdən əvvəl Sevinc Osmanqızı
Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi tanınırdı. Hətta CNN telekanalında
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında müsbət
bir verlişlərin müəllifi idi.
Hər bir sahəyə nəzarət etməyi özünün “borcu” hesab
edən Əli Həsənov Avropa və ABŞ-dakı Azərbaycan müxalifətini də öz nəzarətində
formalaşdırmağa başlayır. Bu işlərdə Avropada geniş əlaqələrə malik olan
insanları cəlb edən Əli Həsənov, Azərbaycanın bir sıra diplomatik
nümayəndələrini oyuna soxur.
Beləliklə, Sevinc Osmanqızının Azərbaycandan ABŞ-a, Qurban Məmmədovun isə Azərbaycandan Avropaya yola salınması əməliyyatı başlayır.
Xəlilov – Osmanqızı cütlüyü Azərbaycan hakimiyyətindən necə pul qazanırlar?
Sevinc Osmanqızının transferinin ABŞ höküməti qarşısında legitimləşdirilməsi üçün Əli Həsənov Mirşahin Ağayevdən istifadə edir. Mirşahin Ağayevə
Osmanqızını ANS-in ABŞ ofisinin təmsilçisi kimi Vaşinqtona yollamaq tapşırılır
və Osmanqızı ABŞ-da yerləşir.
Dərhal bundan sonra Sevinc Osmanqızının həyat yoldaşı Azər Xəlilovun (hazırda ATV kanalının rəhbəri) qardaşı Vüqar Xəlilov Rusiyanın (!) Sputnik İnformasiya Agentliyinin Azərbaycandakı
rəhbəri təyin edilir. Azər Xəlilov isə öncə CBC kanalının rəhbəri, daha sonra
ATV kanalının rəhbəri təyin edilir.
ATV-nin o zaman rəhbəri olan və Əli Həsənovun
oyunlarını oynamağa razı olmayan, hətta “Professorun” tələb etdiyi “aylıq
ödəmə”ni təmin etməyən Vügar Qaradağlıya qarşı aparılmış çirkin oyun
nəticəsində kanala Azər Xəlilov gətirilir.
Maraqlısı odur ki, Vügar Qaradağlı ölkədə savadlı və
peşakar televiziya işçisi kimi tanınır. İllər boyu Lider kanalına rəhbərlik
etmiş, sonralar isə ATV kanalını İbrahimov (Nazim, Tağı, Sahib İbrahimovlar)
qardaşlarından sonra inkişaf etdirməyə müvəffəq olmuşdur. Hər zaman ölkə
rəhbərliyinin tapşırıqlarını yüksək səviyyədə həyata keçirən Qaradağlı bütün
işlərdən uzaqlaşdırılır və yerinə televiziyada xüsusi təcrübəsi olmayan, reklam
cəlb etmə işini bilməyən və siyasi rəhbərliyə heç bir özəl yaxınlığı ilə seçilməyən
şəxs – Azər Xəlilov gətirilir. Azər Xəlilovu Vügar Qaradağlıdan fərqləndirən
cəhət o idi ki, Azər Xəlilov Əli Həsənovun qarşısında mil dururdu.
Əldə etdiyimiz məlumata görə, bu işdə Əli Həsənov
Vügar Qaradağlı haqqında ölkə rəhbərliyinə yalan məlumatlar çatdırmış və onun
Azər Xəlilov ilə əvəz edilməsinə inandıra bilmişdir.
Azər Xəlilovun CBC-dən ATV-yə transferindən sonra qardaşı Azər Xəlilov CBC-yə təyin edilir. Bu təyinatların həyata keçirilməsi üçün Əli
Həsənov vasitəsilə ölkə Prezidentinə Xəlilov qardaşlarının saxta uğur
hekayələri təqdim edilir.
Ən maraqlısı odur ki, ikili vətəndaşlıq qadağan edilən
ölkədə Böyük Britaniya vətəndaşı olan Vügar Xəlilov öncə Rusiyanın aparıcı
təbliğat ruporuna rəhbər, sonra isə Azərbaycanın xaricə yönəlik bir kanalına
rəhbər göndərilir.
Belə çıxır ki, Vügar Xəlilov ya Britaniyalıları
məharətlə aldadır, və ya öncədən digər ölkələrin xüsusi xidmət orqanları ilə
sıx əməkdaşlığı ilə həyat yolunu müəyyənləşdirmişdi. Cünki, öncə Qureviç ilə
Qırğızstanda işləyən, sonra həbsindən azad olunması üçün zamanı Rusiyanın
dəstəyini əldə edən, xüsusi təyyarə ilə Böyük Britaniyaya aparılan və orada bir
necə ay saxlanıldlqdan sonra Azərbaycana gətirilən və burada xüsusi imtiyaz və
vəzifələr ilə mükafatlandırlan adam sadəcə ya bir dahidir, ya da ki…. burada
növbəti fikri formalaşdırmağı buraxaq oxucunun öz rəyinə.
Həsənov – Məmmədov – Osmanqızı – Xəlilovların
Azərbaycan siyasi palitrasında yeri və rolu haqqında
Qurban Məmmədov Avropaya köçdükdən sonra, onun
Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan
Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında Atlant inşaat tərəfindən
yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli
qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə,
Qurban Məmmədovun 150 kvadrat metrlik köhnə mənzili sankı “plana salınır” və
əvəzinə ümumi sahəsi 1500 kvadrat metr olan mənzillər verilir. Hal-hazırda
Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.
Əli Həsənov – Xəlilov qardaşları – Osmanqızı – Qurban Məmmədov dördlüyü
Bu dördlük Qərb xüsusi xidmət orqanlarının Azərbaycandan gedən “siyasi mühacirlərə” qucaq açması və onları himayəyə götürülməsi üçün nə tələb olunduğunu yaxşı bilirdilər. Əgər ölkə hakimiyyətindən həmin adamlara qarşı təzyiqlər olmasa idi, oyun pozula bilərdi. Bu baxımdan Flexi Communications rəhbəri olmuş Vügar Xəlilov özünü Avropa və Britaniyadakı əlaqələrindən məharətlə istifadə edir. Bununla bağlı olaraq dəfələrlə Əli Həsənovun Xızıdakı evində görüşlər keçirən Vügar və Azər Xəlilovlar qardaşları, Skype vasitəsilə Londonda yaşayan qardaşları Elçin Xəlilov ilə növbəti addımları müəyyənləşdirirlər. Aparılan işlərin uğuru nəticəsində Azər Xəlilova və Vüqar Xəlilova “jurnalistlərin evində” hər birinə 3 otaqlı mənzil verilir. 2015-ci ildə isə Əli Həsənovun təqdimatı ilə Azərbaycan jurnalistikasına heç bir görünən töhfə verməyən Azər Xəlilova Azərbaycanın “Əməkdar jurnalisti” adı təqdim olunur…
Beləliklə öncədən razılaşdırılmış şou başlayır. Əli Həsənov və onun məlum trol ordusu, eyni zamanda Xəlilov qardaşlarının media çevrəsi Sevinc Osmanqızı və Qurban Məmmədovu söyməyə başlayır!
Sosial
şəbəkələrin alqoritmi elə qurulub ki, hər hansı bir ictimai fiqura istər yaxşı,
istərsə də tənqidi fikirlər yazdığın zaman nəticədə həmin adamın reytinqi daha
da çoxalır, və o insanın paylaşımlarını daha çox adam görür.
Əli
Həsənovun bu oyununa canfəşanlıqla dəstək verən sadə YAP-çılar xəbərsiz idilər
ki, onların əziyyətlə etdiyi trolluq və onlara dövlətə sədaqət kimi təqdim olunan
bu xidmət nəticəsində Osmanqızı və Qurban Məmmədovun videolarına daha çox insan
baxmış oldu və onların izləyiciləri daha da çoxaldı.
Ən son
əldə etdiyimiz məlumata görə Eldar Həsənovun ifadələri əsasında Əli Həsənov
istintaqa dəvət edilib və sorğu-suala tutulub. Hazırda Əli Həsənov ilə bağlı
materiallar toplanılır və onun həbsinə hazırlıq gedir. Əli Həsənovun isə bu
gecə xəstəlik bəhanəsi ilə Azərbaycanı tərk etdiyi bildirilir.
(Ardı var)
Sakit Məmmədov
0 Комментарии