M Ə L U M A T I
Xəbər verildiyi kimi, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi kobud şəkildə pozularaq mövqelərimiz atəşə tutulmuşdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınmaqla onlara sarsıdıcı zərbələr vurulmuşdur.
Ermənistan Azərbaycan
Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş
etdirməklə, beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini, 1949-cu il tarixli
“Cenevrə Konvensiyası”nın müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında
müddəalarını, ö cümlədən müharibə hüququnun əsas prinsiplərini və ümumqəbul
edilmiş qaydaları kobud şəkildə pozmaqla, mülki əhali və döyüşənləri fərqləndirmədən,
mülki əhali arasında itkilərdən qaçmalı olduqları halda, birbaşa və qəsdən mülki əhalının sıx yaşadığı
əraziləri hədəfə alıb atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətmişlər.
Belə ki, iyulun 14-də saat
14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar
Quşçu kənd sakini Əliyeva Telarə Əhməd qızına məxsus evə odlu silah mərmisinin
atılması və həmin mərminin partlaması nəticəsində
zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan
vurulmuşdur.
Dərhal prokurorluq və polis
əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar
toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb
olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Faktla bağlı Tovuz rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və
ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə
zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri və
intensiv istintaq tədbirləri davam etdirilir.
0 Комментарии