Ermənişünas alim Qafar Çaxmaqlı 2
gün öncə Livanın paytaxtı Beyrutun limanında baş verən dəhşətli partlayışdan
sonra rəsmi İrəvan tərəfindən bu ölkədə yaşayan erməni əhaliyə çağırış edilərək
Dağlıq Qarabağda hər cür şərait yaradılacağı barədə Ermənistan mediasında
tirajlanan informasiyaları şərh edib:
- Bizə artıq məlumdur ki, Dağlıq Qarabağdakı separatçı qurum Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində məskunlaşmanı davam etdirir və separatçı qurumun bununla bağlı qərarları və planları var və bu barədə dəfələrlə mən yazmışam. Ermənilər bunu təkzib ermirlər. Həm də belə məskunlaşmalar göstərir ki, rejim öz xoşu ilə bu əraziləri geri qaytarmayacaq. Bu özbaşınalaıq ATƏT-in Faktaraşdırıcı missiyası tərəfindən də təsdiq olunub və vasitəçilik edən beynəlxalq təşkilat kimi ATƏT buna göz yumur və heç bir tədbir görülmür.
Ermənilər plana uyğun şəkildə imkan düşən kimi buraya erməni əhalini köçürməyə başlayırlar. Suriya ermənilərinin də yerləşdirilməsi faktdır. Düzdür, onların bir çoxu geri qayıtmışdır, amma qalanlar var.
Livandakı partlayışdan sonra həm Ermənistandan, həm də Dağlıq Qarabağdan Beyrut ermənilərinə müraciət edildi. Erməni mətbutına inansaq, artıq yerləşdirmə qərargahı da yaradılıb. Ermənilər Livanda güclüdürlər. Onların fəaliyyəti üçün bu dövlətdə hər cür şərait yaradılıb. Daşnaksütyun partiyasının ən güclü bürosu bu şəhərdə yerləşir. Ermənilər bu ölkədə əhalinin 6 faizini təşkil etsələr də, təsir imkanları genişdir.
Dünayda üç güclü erməni dini mərkəzindən biri - Kilikiya katolikosluğu Beyrutdadır.
Livan parlamentində üç erməni partiyasının nümayəndəsi var. Elə zamanlar olmuşdur ki, ermənilər ölkənin başına qədər dırmaşa bilmişdilər. Bu, Türk düşmənçiliyinin bu ölkədə pik həddə belə gəlməsinə səbəb olmuşdur və qondarma "erməni soyqırımı" rəsmən Livan parlamentində qəbul ediilmişdir.
Livan həm də erməni terrorçularının yetişdirildiyi, təlim mərkəzinin olduğu yerdir. 90-cı illərdə bura baza rolu oynayıb və Dağlıq Qarabağa yaxın Şərqdən terrorçuların Qarabağa transferinin stansiyası olub Livan.
İndi də Livandakı erməni fəaliyyəti dəyişməyib. İndiki dönəmdə ermənilər Livandan zərərçəkmiş adı ilə Qarabağa terrorçuları yerləşdirmək istəyirlər. Livanda yaşayan erməni ailəsi heç vaxt buarada gəlib yaşamağa razı olmaz. Onlar Beyrut kimi Yaxın Şərqdə ən mədəni bir mərkəzdən gəlib Qarabağda əziyyət çəkmək istəməz. Suriyada başına bomba yağan ermənilər belə burada qalmadılar.
Məsələ siyasidir, yenə Ermənistanın
fürsətdən istifadə edib buraya xaricdən erməni terrorçularını toplamaqdır.
Olaya və yayılan xəbərlərə belə baxmaq lazımdır (moderator.az)
0 Комментарии