Mədəniyyət Nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssis-inspektoru Şahbazbəyova Zemfira Nadir qızı vəzifələrindən azad edilib.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin
mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin
qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə
kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma
aparıb.
Aparılan araşdırmalarla Mədəniyyət nazirinin
müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran
oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə
edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların
hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair
məlumatlar əldə edilib.
Cinayət işi üzrə R.Bayramov vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev mayın 21-də Əbülfəs
Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam
imzalayıb.
Dövlət başçısının iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.
0 Комментарии